25 Avqust 2019, Bazar - 07:41

McLaren yeni mövsümdə 4-cü olsa, məyus olacaq

McLaren yeni mövsümdə 4-cü olsa, məyus olacaq

Müəllif: Rauf Hacıyev, redaktor

12:21 - 14 Yanvar, 2017

McLaren komandasından Conatan Nil bildirib ki, 2017-ci ildə 4-cü yeri tutsalar, məyus olacaqlar.

F-1.az xatırladır ki, McLaren 2015-ci ildə 9-cu, 2016-cı ildə isə 6-cı yeri tutub. Keçən il Alonso və Batton daha stabil bir mövsüm keçirmişdilər.

Nil yeni qaydalardan maksimum istifadə edib, daha yaxşı nəticələr almağa ümid edir: “Daha yaxşı nəticələri hədəfləməlisiniz. Onu deyə bilərəm ki, əgər 4-cü olsaq, məyus olacağıq. Əgər belə düşünməsəniz, inkişaf edə bilmərsiniz. Qısa müddət ərzində uğur qazanmaq istəyirik. Yarış komandamın vaz. Qalib gəlmə potensialı olan sürücülərimiz var. Şassi və mühərrik hissəsindəki çatışmazlıqları aradan qaldırmalıyıq.

Yeni aerodinamik platforma və təkərlərdə olan müəmma bizə üstünlük qazandıra bilər. Ümid edirəm ki, bundan istifadə edərik. Amma hazırda heç nə bilmirik”.

McLaren komandasının idman direktoru Erik Bulye də əlavə edib ki, 2017-ci ildəki hədəfləri qalib gəlməkdir: “Real danışsaq onu deyə bilərəm ki, gözləntilərimizi yüksək tutmalıyıq. Keçən il 6-cı, ondan əvvəlki il isə 9-cu olduq. Buna görə də dördlükdə olmağa ümid edirik. Mümkün olduqca tez qələbə qazanmaq istəyirik, amma realist olmaq lazımdır. Honda-dan və McLaren-dəki mühəndislərdən razıyam. Hazırda hər şey yaxşı işləyir. Çox işləyirik, amma yeni aerodinamik paket qoyub, 1 saniyə qazanmaq artıq mümkün deyil. Davamlı inkişaf etmək lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 950
Teqlər , ,
Paylaş

logo