F.Alonso komandanın mənəvi atasıdır

Renault şirkətinin rəhbəri Luka de Meo bildirib ki, Fernando Alonsonun komandadakı rolu gənc dövrlərindəki roluna nisbətən dəyişib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005 və 2006-cı illərdə Renault ilə çempion olmuşdu. Alonso 2 illik fasilədən sonra Renault-nun davamçısı ilə Alpine ilə idmana qayıdıb.

Luka de Meo: “Renault Fernandonun evidir. O, təcrübəsi ilə komandaya kömək edəcək. Ondan istədiyim tək şey bizə təcrübəsi ilə fayda verməkdir. Onun indiki rolu təmiz başqadır. O, komandada hamının mənəvi atası kimidir.

Mən sehrbaz deyiləm və gələcəyi görə bilmərəm. Hər yarış daha da güclənmək istəyirik. Əsl çətinliklər gələn il başlayacaq. Lakin bu il pis mövsüm keçirmək olmaz. Məqsədimiz Alonsoya yaxşı maşın verməkdir. İki sürücümüz üçün də əlimizdən gələni edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*