G.Ştayner: Alonsonun strateqə ehtiyacı yoxdur

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Fernando Alonsonun strateqə ehtiyacı yoxdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 41 yaşı olmasına baxmayaraq, builki 3 yarışda da podiuma yüksəlib.

Günter Ştayner: “Formula1-ə baxan hamı Fernandonun digər yarışçılardan üstün olduğunu görür. Məncə, strateqlərin köməyi olmadan da yarışa bilər, çünki yarışı çox yaxşı oxuyur və öz strategiyasını maşının içində hazırlaya bilir. Bu mövzuda əla sürücüdür. Bütün bunlar gücünün bir hissəsidir. Qırx yaşlarında olsa da, getdikcə güclənir və geriləmir. Çox peşəkardır. Komanda dəyişməyin faydasını gördü”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*