Əfsanəvi şərhçi M.Uokerdə xərçəng tapılıb

Dünən axşam Britaniya mətbuatı xəbər yayıb ki, əfsanəvi şərhçi Marrey Uokerə xərçəng diaqnozu qoyulub. Uokerin yaşı 90-na yaxınlaşır, onu radiojurnalistika […]

Dünən axşam Britaniya mətbuatı xəbər yayıb ki, əfsanəvi şərhçi Marrey Uokerə xərçəng diaqnozu qoyulub.

Uokerin yaşı 90-na yaxınlaşır, onu radiojurnalistika karyerası isə keçən əsrin 40-cı illərinin sonunda başlayıb: ilk avtoidman yarışını isə 1948-ci ildə şərh edib.

Hazırda Uoker yıxldıqdan sonra sındırdığı çanaq sümüyünün müalicəsi prosesini keçir, müayinə zamanı həkimlər onun qanında limfa sisteminin xərçəngini müəyyən ediblər. Xəstəlik ilkin mərhələsində olduğu üçün həkimlər nikbindirlər və müalicəyə ümid edirlər.

Marreyin anası 101 yaşında dünyasını dəyişib, ona görə də onun özü də nikbindir və təslim olmağa hazırlaşmır. Son günlərə qədər BBC Sport-un səhifələrində onun Formula1-ə həsr olunmuş analitik yazıları yer alıb.

90-cı illərin sonunda jurnalist Ceyms Allen Uokerlə birlikdə İTV telekanalında şərhçi işləyib, bütün dünyanı birlikdə gəzib dolanıblar. Ceyms öz bloqunda tütün və alkoqolun düşməni olan müəllimindən məşhur sitat yerləşdirib: “İçməyə və çəkməyə bilərsən, amma sağlamlığın irsi olmasa, problemlərin onsuz da olacaq.”

Bütün jurnalist və avtoidman ictimaiyyəti Uokerə tezliklə sağalmasını arzulayıblar…

Censon Batton Twitter-də yazıb: “Bu dəqiqə Marrey uoker haqqında öyrəndim. Marrey əsl mübarizdir… Yastığın yüngül olsun!”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*