V.Bottasın planı var

Mercedes komandasının sürücüsü Valtteri Bottasın gələn il üçün B planı var.

F-1.az xatırladır ki, Mercedes gələn il üçün Okon və Bottasın arasında qalıb. Lakin finlandiyalı sürücü son iki yarışda cəmi 4 xal toplayaraq, işini çətinə salıb.

Valtteri Bottas
: “Bu, asan deyil. Lakin idmandır. Həmişə limitlərdə olursunuz. Eyni zamanda müqaviləniz barədə müəmmalar varsa, lap çətindir. Bəzi idmançılar təzyiq altında daha yaxşı olurlar, ancaq mən elə deyiləm.

Volffun qərarına görə narahat deyiləm. Lakin komandadan bu barədə bir şey eşitmək istəyərəm. Formula1-də yarışırsınızsa, mütləq B və ya C planınız olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*