S.Fettel: “Bəhreyndə səhvə yer yoxdur”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bəhreyndəki səhra şəraiti səhv etmək ehtimalını artırır.

F-1.az xatırladır ki, almaniyalı sürücü son iki ildə Bəhreyndə qalib gəlib. Ümumilikdə isə 4 dəfə bu yarışı qazanıb.

Sebastyan Fettel: “Tras elə də çətin deyil. Amma səhralıqda doğru ritmi tapmaq çətindir. Çünki külək qumu trasa sovurur. Hər dövrə fərqli olur. Bu da işləri xüsusilə sıralanma turunda çətinləşdirir. Yarış trayektoriyasından bir az kənara çıxanda maşın sürüşməyə başlayır və dövrəniz əldən gedir. Çünki itirdiyiniz vaxtı kompensə etmək mümkünsüzdür. Buna görə də səhv etmə ehtimalı daha yüksəkdir. Ötmə etməmişdən əvvəl səbirli olaq lazımdır. Önünüzdəki sürücünün sürüşməsini gözləməlisiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*