K.Rəykkönen ölkəsində mükafatlandırılıb

Mükafatlandırma mərasimi Helsinkidə baş tutub.

F-1.az xəbər verir ki, Finlandiya hökuməti Ferrari-nin son dünya çempionu Kimi Rəykkönenə “İdman Səfiri” mükafatını verib. Kimi bu mükafatı alan ilk şəxsdir. Onun adı son ana qədər məxfi saxlanılıb. Ölkənin baş nazirinin də iştirak etdiyi tədbirdə çıxış edən Kimi mükafata görə özünü xoşbəxt hiss etdiyini deyib.

Kimi Rəykkönen: “Rəsmi danışıqlara çox da öyrəşməmişəm. Lakin digər kateqoriyalarda qalib olanlarla yanaşı, bu kateqoriyada namizəd olanlara da uğurlar arzulayıram. Ailəmin, həmkarlarımın, Ferrari-də olanların və uzun illərdir birlikdə çalışdığım insanların dəstəyinin nə qədər vacib olduğunu vurğulamalıyam. Ailəmə və komandama təşəkkür edirəm”.

Qeyd edək ki, Finlandiya bu il müstəqilliyinin 100-cü ilini qeyd edir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*