S.Fettel: “Yeni bolidi işlədə bilmirik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, builki bolid çox güclüdür.

F-1.az xatırladır ki, almaniyalı sürücü Avstraliyada qalib gəlmişdi. Buna baxmayaraq 4 qat Dünya Çempionu növbəti yarışlar üçün nikbin deyil.

Sebastyan Fettel: “Builki bolidimiz daha güclü olsa da, inkişaf etməli və qələbələr qazanmaq üçün öndəkilərə tez çatmalıyıq. Bizim işçilər sürətli olmadığımızı anlayacaq qədər ağıllıdırlar. Daha güclü olmaq üçün hər detala fikir veririk. Keçən il güclü bolidimiz olsa da, iki cəbhədə də çempionluğu əldən verdik. Bolidimiz güclüdür, amma sazlanmaları tapmalıyıq. Testlərdə və ilk yarışda Mercedes daha sürətli idi, hardasa 0.3-0.4 saniyə fərq var. Lyuis istəyəndə qənaət, istəyəndə hücum rejimində sürə bilir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*