S.Ərəbistanı-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları mövsümün ikinci yarışı və mövsümün nəticələri üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeykerlər ilk yarışın qalibi Şarl Lekleri yenə də əsas favorit hesab edirlər. Bəheyndə finiş görə bilməyən Maks Ferstappenin şansları ona yaxın dəyərləndirilib. Lyuis Həmilton isə bu siyahıda uzun müddətdən sonra ilk üçlüyə düşə bilməyib…

S.Ərəbistanı Qran Prisində qələbə Əmsal
Şarl Lekler 2.40
Maks Ferstappen 2.50
Karlos Sayns 7.50
Lyuis Həmilton 11.00
Serxio Peres 17.00
Corc Rassell 34.00
Kevin Maqnussen 101.00
Fernando Alonso, Valtteri Bottas, Pyer Qasli 126.00

 

İdarənin əməkdaşları Lekler və Ferstappenin çempionluq şanslarını demək olar ki, eyni qiymətləndirirlər, yeddiqat dünya çempionu Həmiltonun növbəti titulunu rəsmiləşdirəcəyinə də inamları az deyil. Saynsı saymasaq, ilk yarışdan sonra digər sürücülərə verilən əmsallar xeyli yuxarıdır….

Çempionatda qələbə (sürücülər) Əmsal
Şarl Lekler 2.75
Maks Ferstappen 2.87
Lyuis Həmilton 3.75
Karlos Sayns 7.50
Corc Rassell 23.00
Serxio Peres 81.00
Lando Norris 101.00
Fernando Alonso 126.00

 

Ferrari-nin Bəhreyndəki dublundan sonra uzun illərdən bəri ilk dəfə bu siyahıda Mercedesi əsas favorit kimi görmürük. Amma onlar Red Bull-dan daha ciddi namizəd hesab edilirlər…

Çempionatda qələbə (komandalar) Əmsal
Scuderia Ferrari 2.10
Mercedes AMG 2.75
Red Bull 3.50
McLaren 67.00
Alpine 101.00
Haas 151.00
Alfa Romeo, Aston Martin 301.00
AlphaTauri 501.00
Williams 751.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*