R.Braun: “Ferrari qayıdacaq”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Ferrari növbəti Monako Qran Prisində yenidən zirvəyə qayıdacaq.

F-1.az xatırladır ki, Ferrari mövsümə ardıcıl qələbələrlə başlasa da, son 3 yarışda qələbə qazana bilməyib. “Qırmızılar” sonuncu İspaniya yarışında isə, ümumiyyətlə, podiumsuz qalıblar.

Ross Braun: “Mercedes bu mövsüm ilk dəfə bütün həftəsonu ərzində ən güclü idi. Barselonada bu il ikinci qələbələrini qazansalar da, Bakıdakından daha güclü performans göstərdilər. Həmilton və Bottas birinci yarış olan Melbundakı sıralanma performansını yenidən ortaya qoydular. Özlərinin və bolidin potensialını tamamilə göstərə bildilər. Həmilton əlçatmaz idi. Ferrari-nin hegemonluğundan sonra bu geridönüş oldu? Məncə, yox. Ferrari-nin Monakoda yenidən güclənəcəyini gözləyirəm. Red Bull-dan da güclü performans gözləyirəm. Ferrari ilk dəfə zəif performans göstərdi. Əvvəlki yarışlarda poul uğrunda mübarizə apara bilirdilər. Üç dəfə yarışa birinci yerdən başladılar. Bu da SF71H-ın ən güclü bolid olduğunu göstərir. Növbədə Monako QP var və Ferrari-dən yenə güclü performans gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*