13 Dekabr 2018, Cümə axşamı - 19:33

M.Arrivabene: “Rəykkönen qələbə qazana bilərdi”

M.Arrivabene: “Rəykkönen qələbə qazana bilərdi”

Müəllif: Rauf Hacıyev, redaktor

14:55 - 04 Aprel, 2016

Ferrari komandasının başçısı Mauritsio Arrivabene bildirib ki, əgər Kimi Rəykkönen startda səhv etməsəydi, yarışda qələbə qazana bilərdi…

F-1.az xatırladır ki, Kimi Rəykkönen sıralanma turunda 4-cü yeri tutub, amma Sebastyan Fettel isinmə dövrəsində yarışı dayandırmasından sonra faktiki olaraq yarışa 3-cü yerdən başlayıb. Ancaq start zamanı Rəykkönenin əli linkdən sürüşüb və buna görə də pis start alıb.

Daha sonra Rəykkönen mükəməl ötmələr edərək 2-ci yerə qədər gəlsə də, yarışın sonunda Rosberqdən 10 saniyə geri qalıb.

Mauritsio Arrivabene: “Kimi startda problem yaşadı və bu problem ona baha başa gəldi, çünki o önündəki 3 rəqibini keçməli oldu.

Bəlkə də bu səhvinə görə qələbəni əldən verdi. Sonradan söz demək asandır. Ona görə də heç nə demirəm”.

Bütün bunlara baxmayaraq, Arrivabene bildirib ki, Kimi Rəykkönen mükəmməl yarışıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 422
Teqlər , , ,
Paylaş

logo