P.Ferrari: “Komandadan 3 qələbə gözləyirəm”

Ferrari-nin səhmdarlarından olan Pyero Ferrari 2017-ci ildə komandadan ən az 3 qələbə gözləyir.

F-1.az xatırladır ki, italyanlar 2016-cı ildə yarış qazana bilməmiş və mühəndislər kubokunda 3-cü olmuşdular.

Ferrarinin təməlini qoyan Entso Ferrarinin oğlu Pyero Ferrari yeni mövsümlə bağlı fikirlərini bildirib: “Sözün açığı, komandadan bu il 3 qələbə gözləyirəm. Bunu qazanmaq çətin deyil. Özü də Ferrari kimi marka üçün heç çətin deyil.

Keçən il işlər istədiyimiz kimi getmədi. Hətta son 2-3 ildə rəqabətədavamlı deyilik. Bu da bizə yaraşmır. Ferrari bütün çempionatlarda çempionluğa oynayan komandadır və inanıram ki, bu ruhu bərpa edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*