08 Dekabr 2019, Bazar - 15:12

R.Börn Ferrari-nin yeni maşını üzərində işə cəlb olunub

R.Börn Ferrari-nin yeni maşını üzərində işə cəlb olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:22 - 20 Yanvar, 2015

İtaliyanın məşhur jurnalisti Leo Turini öz bloqunda yazıb ki, vaxtılə Benetton və Ferrari üçün çempion maşınları hazırlamış Rori Börn Maranelloya […]

İtaliyanın məşhur jurnalisti Leo Turini öz bloqunda yazıb ki, vaxtılə Benetton və Ferrari üçün çempion maşınları hazırlamış Rori Börn Maranelloya qayıdıb…

Leo Turini: “Bu faktdır ki, Mixael Şumaxer üçün çempion maşınlar hazırlayan məşhur Cənubi Afrikalı konstruktor Rori Börn heç vaxt Maranello ilə əlaqələrini tam kəsməyib. Əlbəttə, Rorinin Skuderiyanın texniki direktoru Ceyms Əllisonla və komandanın baş konstruktoru Simone Resta ilə sıx əlaqədə işləməsini yaxşı xəbər saymaq olar.”

F-1.az xəbər verir ki, Turinin fikrincə, əgər 2015-ci ilin maşınının hazırlanmasına Rori Börn səviyyəsində adam nəzarət edirsə, bu doğrudan da yaxşı xəbərdir, xüsusən də, komandada gedən son ayların ladr dəyişmələrini nəzərə alsaq. Komandanın yeni başçısı Maurizio Arrivabene, Sebastyan Fettel və Kimi Rəykkönen hələ bir-birinə öyrəşməyiblər, onların qarşısında bu il çətin vəzifələr durur. Bu vəziyyətdə müdrik Börnün köməyi çox dəyərlidir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 485
Teqlər , , , , , , , ,
Paylaş

logo