S.Fettel günahını qəbul edir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel yerində fırlandığı üçün özünü günahkar sayır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Lyuis Həmiltonla mübarizə apararkən, yerində fırlanıb və daha sonra ön qanadı qırıldığı üçün 5-ci yeri tutub. Dördqat Dünya Çempionu bu səhviylə bəlkə də, qələbəni əldən vermiş oldu.

Sebastyan Fettel: “Çətin idi. Hamımız trasın müxtəlif zonalarında problemlər yaşadıq. Amma mən yarışın əvvəlindən problem yaşayırdım. Tempim istədiyim kimi deyildi. Səbəbini bilmirəm, amma səhv edərək yerimdə fırlandım. Uğursuz axşam idi.

Yerimdə fırlanmağıma külək səbəb olmadı. Amma bolidin idarəetməsini birdən itirdim və yerimdə fırlananda artıq gec idi. Təkərlərin yararsız hala düşməsi isə bəxtsizlik idi. Buna görə ön qanad qırıldı. İlk cərgədən başlayıb geriyə düşmək məyusedicidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*