Ş.Lekler: Bolidimiz rəqabətədavamlıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirb ki, bolidləri rəqabətədavamlıdır.

F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində yeddinci olub.

Şarl Lekler: “Asfaltın vəziyyəti demək olar ki, keçənilki ilə eynidir. Bolidi sürmək çox çətindir. Xüsusən də, ikinci sessiyada küləyə görə sürmək çox çətin idi. Ancaq həzz aldıq. Rəqabətədavamlıyıq və limitlərdə sürməyə davam etməliyik.

Bolidin vahid dövrə performasından razıyam. Dolu çənlə də güclü görünürük. Lakin təkmilləşməli olduğumuz sahələr var. Bu gün yarış tempində zəif görünürdüm. Amm Karlos heç bir problem yaşamadı. Səbənini tapıb təkmilləşməliyik.

Bu həftə əsas rəqibimizin kim olduğunu demək çətindir. Alpine gözləmədiyimiz halda çox güclü idi. Vuna görə də bizi yaxın mübarizə gözləyir və kim az səhv eləsə, yarışda da öndə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*