Ş.Lekler Ferrari-də titul qazanmaq istəyir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, "qırmızlar"ın heyətində Dünya Çempionu olmaq istəyir.

F-1.az xatırladır ki, monakolu sürücünün Merceedes-ə keçəcəyi ilə bağlı söz-söhbətlər var. Bu da səbəbsiz deyil, çünki Ferrari heç cür uöursuzluq zolağından çıxa bilmir. İtaliya təmsilçisi bu il ən sürətli 3-cü ya 4-cü komanda təəssüratını bağışlaıyr.

Ancaq Şarl Lekler bildirib ki, o hələ də Ferrari-yə sadiqdir: “Qazanmaq istəyirəm və bunu qırmızı rənglə yaşamağı arzulayıram. Son illərdəki performansımızdan razı deyilləm və bu çox məlumdur. Bu il üçün də gözləntilərimiz yüksək idi, amma sonda rəqabətədavamlı olmadığımızı gördüm. Ancaq komanda ilə bəzi şeyləri təhlil edəndə qəti cavablar aldıq.

Hazırda niyə geridə qaldığımızı çox yaxşı anlayıram. Mixael və Janın üzərindəki təzyiq də eyni idi. Onlar bununla əla mübarizə apardılar. Buna görə də şikayət etməməliyik. Bu, bəhanə deyil. Buradan başqa komandada çıxış edəcəyimə inanmıram”.

Qeyd edək ki, Ferrari 2007-ci ildən sonra çempionluğa həsrətdir.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*