M.Arrivabene: “Çempionluq şansımız var”

Niko Rosberq Monako yarışında zəif performans göstəridkdən sonra Ferrari komandasının rəhbəri Mauritsio Arrivabenenin çempionluq üçün ümidləri artıb.

F-1.az xatırladır ki, Ferrari-nin sıralanma turunda tempi çox zəifdir və buna görə də həm Rəykkönenin, həm də Fettelin qalib gəlmək şansı azalır. Amma bütün bunlara baxmayaraq Kimi və Sebastyan turnir cədvəlində birinci yerdəki Rosberqdən çox da geri qalmırlar.

Rəykkönen almaniyalı sürücüdən 45, Fettel isə 46 xal geri qalır.

Rosberqin qələbə seriyası sona çatdığı üçün çempionluq yarışı yenidən qızışıb və Mauritsio Arrivabene bildirib ki, çempionluq yarışı hələ də bitməyib və bizi maraqlı mübarizələr gözləyir.

Jurnalistlər Arrivabenedən “Çempionluq əldən getdi?” sualını soruşublar: “Əlbəttə ki, yox. Rikkardonun çox güclü olduğunu və Həmiltonun geri döndüyünü gördünüz. Biz isə bütün diqqətimizi toplayaraq, işimizə fokuslanmalı və irəliyə doğru baxmalıyıq. Məncə, bu çempionat çox maraqlı olacaq”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*