14 Oktyabr 2019, Bazar ertəsi - 02:41

Əfsanəvi Curva Grande döngəsi dəyişdirilir

Əfsanəvi Curva Grande döngəsi dəyişdirilir

Müəllif: Elçin Zodorov, redaktor

22:12 - 25 Yanvar, 2016

İtaliya Qran Prisinin təşkilatçıları Montsa trasında dəyişiklik etməyi planlaşdırırlar.

F-1.az xəbər verir ki, bu barədə məlumat təşkilatçılarla Berni Ekklstounun İtaliya Qran Prisi barədə razılığa gəlmələrindən dərhal sonra yayılıb.

La Gazetta dello Sport-un verdiyi məlumata görə, təşkilatçılar Montsa avtodromunda Formula1 ilə yanaşı motosiklet yarışlarının da keçirilməsini istəyir. Buna görə də Curva Grande (Böyük döngə) döngəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunun 4 milyon avroya başa gələcəyi bildirilir.

Curva Grande sağa meyilli sürətli döngədir. Döngənin sağ tərəfi ilə paralel düz yolun çəkilməsi, bu yeni yolun əvvəlcə sola, sonra isə sağa doğru olan döngələrlə yenidən əvvəlki yola birləşdirilməsi nəzərdə tutulub.

Məlumatda həmçinin o da bildirilib ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru Çarli Uaytinq dəyişiklikləri qəbul edib. Bu yenilənmənin 2017-ci ilin yayında həyata keçiriləcəyi bildirilir.

2022-ci ildə 100 illiyini qeyd edəcək Montsa avtodromu tarixi bir parkda yerləşir və dövlətin mühafizəsi altında olan ağaclarla əhatə olunub. Bu ağacların kəsilməsi üçün heç kimə icazə verilmir. Bütün bunlara baxmayaraq, təşkilatçılar trasın ən köhnə sahələrindən birini dəyişməyə hazırlaşırlar.

La Gazette dello Sport bildirir ki, artıq Sebastyan Fettel bu dəyişikliyi simulyator vasitəsi ilə test edib.

Qeyd edək ki, avtodromda son illərdə bir sıra ciddi yenidənqurma işləri aparılıb. 2000-ci ildə start-finiş düzlüyünün sonundakı Rettifilio (Düzlənmiş) şikanası yenidən inşa edilib. 2014-cü ildə isə Parabolica (Parabolika)  döngəsinin ətrafı asfaltlanıb. Bu da pilotlar tərəfindən tənqidlə qarşılanmışdı.

Nəzərdə tutulan yeni dəyişikliyə mütəxəssislər və azarkeşlərin sosial şəbəkələrdə soyuq münasibət bəslədiyi bildirilir.

Curva Grande Newr.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 722
Teqlər , , , , , , , , ,
Paylaş

logo