Ş.Lekler: “Fetteli udsam belə…”

Ferrari komandasının sürücüsü Şarl Lekler komanda yoldaşı Fettelin idmandan gedəcəyini düşünmür.

F-1.az xatırladır ki, monakolu sürücü son iki yarışda dördqat Dünya Çempionu olan komanda yoldaşından daha yaxşı performans göstərib və iki podium qazanıb. Bəzi iddialara görə almaniyalı sürücü mövsümün sonunda karyerasını bitirəcək. Lakin Lekler belə düşünmür: “Sebastyanın idmandan gedəcəyini düşünmürəm. Onun adına danışa bilmərəm. Amma həmişəkindən motivasiyalı görünür və komanda üçün əlindən gələni edir. Onun necə işlədiyini görmək gözəldir. Onun qazandığı titulları kim qazansa, üzərində təzyiq hiss edər. Onu məğlub etsəm belə, idmandan gedəcəyinə inanmıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*