E.Fittipaldi: Sayns əsl yarışçıdır

Sabiq Formula1 sürücüsü Emerson Fittipaldi bu il Ferrari-də ilk mövsümünü keçirən Karlos Saynsı çox bəyənir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü “qırmızılar”ın heyətindəki ilk mövsümündə Şarl Leklerlə başa-baş mübarizə aparır.

Emerson Fittipaldi: “Karlos Sayns Ferrari ilə gözəl nəticələr əldə edir. Yarış performansı sıralanma tempindən daha yaxşıdır. Onun barədə dəqiq bir söz demək istəmirəm, ancaq yüksək səviyyəli pilotlardandır. Rəqibləri ilə mübarizə aparmağı sevən sürücüləri həmişə sevmişəm. O, özünü işinə verib. Davamlı mübarizə aparır və əsl yarışçıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*