A.Stella: Bəzi sahələrdə güclü komandalara bərabərik

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, hazırda bəzi sahələrdə ən güclülərə bərabərdirlər.

F-1.az xatırladır ki, “narıncılar” 2022-ci ildə 5-ci olublar və 2021-ci ilə nisbətən geriləyiblər.

Andrea Stella: “Bəzi sahələrdə ən güclülərlə eyni səviyyəyə gəlmişik. Məsələn, pit-stoplarda güclüyük. Hazırda pit-stoplara ikinci ya da üçüncü yerdəyik. Bu sahədə güclənmək üçün bir il də məşq etməliyik.

McLaren-in güclü olduğu başqa sahələr də var. Məsələn, yarış strategiyası. Lakin inkişaf etməli olduğumuz sahələr çoxdur. Məsələn, 2022-ci ildə əməliyyat cəhətdən daha yaxşı işlər görə bilərdik. Yavaş-yavaş inkişaf edirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*