McLaren-in korporativ üslub və loqosu yenilənib

McLaren yenilənmiş korporativ üslubunu və loqosunu təqdim edib. Məqsəd şirkətin avtomobil və yarış istiqamətlərini birləşdirmək, eyni zamanda, tarixlə bağlılığı qoruyub saxlamaqdır.

Əsas dəyişiklik McLaren yazısının yeni tərtibatı olub. Dizayn Bryus MakLarenin ilk qələbəsini qazandığı bolidi inşa etdiyi Oklend bölgəsinin Remuera rayonundakı ailəyə məxsus McLaren servis stansiyasının lövhəsindən ilham alıb.

McLaren

Bununla belə, şirkət McLaren-in üslublaşdırılmış işarə formasında hazırlanmış korporativ qrafik simvolu olan Speedmark-ı saxlayıb. Brendin əsas rəngi əvvəlki kimi papaya olaraq qalıb, lakin palitra McLaren tarixinin müxtəlif dövrlərindən ilham alan əlavə rənglərlə genişləndiriləcək. Bu da şirkətin fəaliyyətinin müxtəlif istiqamətlərində korporativ üslubdan daha çevik istifadə etməyə imkan verəcək.

Yenilənmiş üslubda Bryus MakLarenin yenizelandiyalı kökləri və şirkətin tarixi ilə bağlı olan kivi quşunun üslublaşdırılmış təsviri – Speedy Kiwi də qalıb.

McLaren

McLaren Automotive-in kreativ məsələlər üzrə direktoru Devid Vudhaus: “McLaren-də hər zaman xüsusi bir şey olub. Tariximiz boyu biz məlum yolla getməyə can atmamışıq. Bizi həmişə yenilik yaratmaq, innovasiyalar tətbiq etmək və adət olunmuş çərçivələrdən kənara çıxmaq istəyi irəli aparıb. Korporativ üslubun yenilənməsi də məhz bu yanaşmanı əks etdirir.

Bu, McLaren-in şirkət kimi keçdiyi yolun əksidir. Bizim üçün yeni fəsil başlayır və yenilənmiş üslub ambisiyalarımızı, yaradıcı yanaşmamızı və daim irəli getmək istəyimizi göstərmək üçün nəzərdə tutulub”.

,