Norris komanda yoldaşını tərifləyib

McLaren-in britaniyalı sürücüsü yeni komanda yoldaşı barədə fikirlərini bölüşüb.

F-1.az xatırladır ki, Oskar Piastri bu mövsüm həmyerlisi Daniel Rikkardonun əvəzinə komandaya gəlib.

Lando Norris: “Oskar əla iş görür və mən səmimiyəm. Hətta mənə qəribə gəlir ki, komandada daha yaşlı və təcrübəli pilotam. Piastri təzyiq altında əla görünür, bu, güclü tərəflərindən biridir. Oskar sakit qalır, emosiyalarını idarə edir və bəli, sürətlidir. Düşünürəm ki, o, yarışçı üçün lazım olan bütün keyfiyyətlərə malikdir. Oskar məni irəliləməyə sövq edir, daha çox səy göstərməyə məcbur edir ki, son bir neçə ildə bunu etməyə məcbur deyildim. Bu, hamımız üçün yaxşıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*