K.Sayns: Xalları zibilliyə atdıq

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, xalları zibil yeşiyinə atıblar.

F-1.az xatırladır ki, yarışa Hard təkətərlərlə 13-cü yerdən başlayan Sayns yaxşı strategiya ilə gözəl xallar ala bilərdi. Amma ispaniyalı sürücü bu mövsüm növbəti dəfə pitdə gecikdirilib və nəticəsə trafikdə ilişib qalaraq, yarışı 13-cü yerdə bitirib.

Karlos Sayns: “Qarışıq yarış idi. Hard təkərlə başladıq, ancaq təkərləri qorumağa başlayanda hamı pitə getdi, amma mən trasda qaldım. Pitdən sonra onların arxasına düşüb, ötə bilərdim, amma pis pit-stopla geriyə düşdük və hər şeyə sıfırsan başlamalı oldum. Yarışın qalan hissəsində trafikdə qaldım. Belə olan halda isə təkərlər dənlənməyə başladı. Düzlük sürətimiz aşağı olduğu üçün ötmə etmək olmurdu. Pitdə hər şey qaydasında getsəydi, yaxşı xallar qazanardıq. Heyif ki, işlər qaydasında getmədi.

Yarışın əvvəlində Fettellə təmasdan qaçdım və ondan sonra Hard təkərlərlə Ferstappendən sonra ən sürətli sürücü idim. Ondan sonra yarışa nəzarət edirdik və hamı pitə gələndən sonra 1.32-lərdə dövrə vururdum. Pitə girən rəqiblərim yavaş gedən bolidləri keçməyə çalışırdı və gec pit-stopla yaxşı yerlər qazanacaqdım.

Barselona yarışına ümidliyəm. Burada xalları zibil yeşiyinə atdıq və bu, ilk dəfə olmur. Pitə gəlməmişdən əvvəl məndən arxada olan Okon yarışı 8-ci yerdə bitirdi. Buba inana bilmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*