M.Ferstappen: “Fetteli trasda buraxmadığım üçün sevincliyəm”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, trasda Sebastyanı arxasında saxladığı üçün xoşbəxtdir...

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 4-cü yerdən başlasa da, mükəmməl start alaraq, Fetteli keçmiş və 3-cülüyə yüksəlmişdi.

Almaniyalı sürücü 19 yaşlı rəqibinə bir neçə dəfə hücum etsə də, hollandiyalı sürücü yerini qoruya bilmişdi. Ferrari komandası da Fettelin daha çox vaxt itirməməsi üçün sürücülərini pitə çağırmiş və dördqat Dünya Çempionu bu pit-stopun hesabına Ferstappeni qabaqlaya bilmişdi.

Maks Ferstappen: “Sebastyanla aramızda maraqlı mübarizə var idi. Sürət olaraq bir az yavaş olduğumuzu bilirdim. Yenə də əlimdən gələni etdim. Məni trasda keçə bilmədi və buna görə sevinirəm. Bizim üçün əla gün oldu. Sıralanma turuna nisbətən tempimiz yaxşı idi. Sıralanma turundakı zəifliyimizin səbəbini öyrənməliyik. Bu sahədə inkişaf etməliyik.

Yarışı bitirdiyim üçün sevincliyəm. Heç bir problem yox idi. Bu da pis nəticə deyil, amma podiumu əldən vermək bizi məyus edir. Əsas rəqiblərimizdən çox geridəyik və yeniliklər gətirməliyik. Ümid edirəm ki, Macarıstanda yenidən mübarizəyə qayıdarıq. Britaniyada podiuma yüksəlmək üçün tempimiz yox idi. Əlimizdən gələnin ən yaxşısını etdik. Sebastyanın təkəri partladığı üçün şanslı idik.

Yarışın sonunda məndə də sol ön təkərin daxili tərəfi yanmışdı. Buna görə pitə girdik. Buradakı bütün sürətli döngələr sağa doğrudur. Buna görə də sol ön təkərin yeyilməsi labüddür. Pitə çox tez girdiyimiz üçün təkərin partlama riski çox idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*