K.Sayns: Problemlər həll edilməyib

McLaren komandasının sürücüsü Karlos Sayns yenə də bolidin soyutma sistemimdən narazıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən Yubiley yarışında soyutma sistemi ilə bağlı problem yaşamış və bolidi komanda yoldaşı Lando Norrisin maşınına nisbətən daha çox qızmışdı. Buna görə də McLaren komandası aerodinamik gücü fəda edərək, maşında bir neçə dəlik açmalı olmuşdu.

Karlos Sayns: “Bu həftə də problem həll olunmayıb. Boliddə fərqliliklər görürük. Xüsusən də, daha çox soyutma tətbiq etmək üçün soyutma dəliklərini böyüdürük və buna görə vaxt itiririk. Problemi araşdırmağa davam edirik. Bu həftə maşında demək olar hər şeyi dəyişdirdik, amma xeyri olmadı. Ümid edirəm ki, problemi tezliklə taparıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*