R.Dennis Nyuiyə niyə əsəbləşmişdi?

Aerodinamikanın atası sayılan Ədrian Nyui McLaren komandasının sabiq rəhbəri Ron Dennislə bağlı xatirəsini bildirib.

F-1.az xatırladır ki, Ədrian Nyui 1998-2005-ci illərdə McLaren komandasının baş konstruktoru işləmiş və o dövrün ən sürətli bolidlərindən birini hazırlamışdı.

Ron Dennis həmişə möhkəm intizamı ilə seçilən rəhbər idi. Bazada elə intizam yaratmışdı ki, işçilər geyimlərinə diqqət etməli və çay fasilələrinə vaxtında getməli idilər.

Ədrian Nyui: “Ron ən çox boz rəngi sevir. Bunu hamı bilir. McLaren bazasındakı hər şey boz və ya qaradır. Bir mənim ofisimdən başqa… Ofisimdə tünd rəngli tavan, qara masa və pəncərə çərçivələri, tünd boz rəngli stol var idi. Ofisə girəndə oradakı ortama görə özümü itirirdim. O vaxtı bütün gecə işlədiyim üçün gecə qaranlığında otaq darıxdırıcı və boğucu vəziyyətə düşürdü.

Cümə axşamı Macarıstan yarışı üçün ofisimdən ayrılırdım. Çıxanda ofisin nəzarətçisinə dedim ki, otağımı daha gözəl hala gətirsin. Mavi rəngə yox deməzdim. Macarıstandan qayıdanda ofisimə gördüm və qara bazanın içində parıldayan mavi otağımla qarşılaşdım. Razı qaldım və xoşbəxt idim. Amma Ron mənimlə eyni fikirdə deyildi.

Ron həmin gecə bolid barədə danışmaq üçün ofisimə gəldi. Qapını açan kimi donub qaldı. Üzündəki ifadəni unuda bilmərəm. Donub qalmışdı və üzü qıpqırmızı idi. Bir söz demədən qapını bağlayıb getdi. Lakin bu fırtınadan əvvəl səssizlik idi. Yoldaşı Lizanın yanına getdi və əsəbini ona tökdü.

Qapını açanda ağ-qara şəkilin içində rəngli şəkil görürdüm. Çünki bazada mənim otağımdan başqa hər yer ya qara idi ya da boz. Ron Dennis elə intizamlı idi ki, qəhvə və ya çay içə bilməzdiniz və masaya bir dənə şəxsi şəkil qoya bilərdiniz. Onu da gecə evə qayıdanda gizlətməli idiniz. Çox intizamlı şərait idi.

Bundan başqa Ser Norman Fosterin hazırladığı yeni baza da əsl işgəncə idi. Uzun və ağ koridorları təsəvvür edin. Oraya girəndə ofisə yarım saata çatırdım. Bir gün ofisə getmək üçün qazondan istifadə edib yolumu qısaltdım. Sabahsı gün mail gəldi ki, ofisə düz yol ilə getməsəm, cərimələnəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*