S.Peres: Rassellə yer verdim

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Corc Rasssellə mübarizədə ona yetərincə yer buraxıb.

F-1.az xatırladır ki, meksikalı sürücü startda Rassellə mübarizə apararkən, rəqibi ilə təmas yaşayıb və geriyə düşüb. Bundan sonra pitə gəlib ön qanad dəyişdirən Peres temp tuta bilməyib və mübarizəni dayandırmalı olub.

Serxio Peres: “Orada öndə idim. Corc bolidini idarə etməli idi, amma etmədi. Daha sonra təmas etdik. Əlimizdən heç nə gəlmirdi. Ona çox yer buraxdım. Təmas etməmək üçün çınqıllığa yaxın getdim. Amma Corcun səviyyəsinə baxanda bu hərəkətinə çox təəccübləndim. Artıq geridə qaldı. Məyusam. Əlimizdə fürsət var idi.

Davam etmək istəsək də, mümkün deyildi. Boliddə çox problem var idi. Mübarizəni dayandırmaq məyusedicidir. Xalsız qalmaq pis oldu. Ancaq yarışda belə hallar olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*