McLaren MCL60-ı təqdim edib

McLaren komandası builki bolidi MCL60-ı təqdim edib. Komanda Formula1-dəki 60-cı ildönümləri şərəfinə bolidə bu adı verib.

F-1.az bildirir ki, bolid komandanın Vokinqdəki bazasında təqdim olunub. Təqdimatda komandanın yeni rəhbəri Andrea Stella, sürücülər Lando Norris və Oskar Piastri olub.

MCL60 keçənilki MCL36-nın davamıdır. Keçənilki inkişaf yolu davam etdirilib. Bu boliddə də saydpodlar Red Bull-dakı kimi arxa altlığa doğru alçalır.

Təqdimatda verilən açıqlamaya əsasən McLaren bolidə mövsümün 4-cü yarışı Azərbaycandan etibarən yenilik gətirməyə başlayacaq.

McLaren şirkətinin rəhbəri Zek Braun: “Keçənilki bolidin çatışamazlıqlarını gördük və builkində bu sahələri düzəltdik. Düşünürəm ki, çoxunu düzgün anlamışıq, ancaq bəzi sahələrdə istədiyimiz yerdə deyilik”.

McLaren keçənilki boliddə boyalı sahələri azaldaraq, çəkiyə qənaət etməyə çalışmışdı. Bu düşüncə bu il də davam edib. Komanda 798 kq-lıq çəkini qorumaq üçün bolidin orta hissəsində boyadan istifadə etməyib və qara karbon sahələr qalıb.

Komandanın rəhbəri Andrea Stella: “Mühəndislərimiz yaxşı iş gördülər. Bolidin müxtəlif sahələrində ağırlığı azalda bildilər. Yeni bolidimizdə bu cəhətdən vəziyyət yaxşıdır. Bolidi sona qədər qaşımadan narıncı və ağ rənglərə yer ayıra bildik”.

Bundan başqa təqdimatda komandanın debütant sürücüsü Oskar Piastri yeni nömrəsini açıqlayıb. 21 yaşlı pilot 81 nömrə ilə yarışacaq.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*