Şarl Lekler: “Bu gün Madrinqdə maşın sürmək əla idi. Bu, çətin şəhər trasıdır – adətən belə traslar mənim xoşuma gəlir və bu dəfə də istisna olmadı. Asfaltın necə yüksək ilişmə təmin etməsi məni heyrətləndirib, xüsusən də nəzərə alsaq ki, bu, yeni trasıdır və onun üzərində hələlik çox az işlənmiş rezin qatı var. Buna baxmayaraq, həftəsonu ərzində asfaltın vəziyyətinin sürətlə dəyişəcəyini gözləyirəm.
Bu gün qarşımızda duran vəzifə mümkün qədər çox dövrə vurmaq, mümkün qədər çox məlumat toplamaq, trasla tanış olmaq və çox güman ki, həftəsonunun əsas sessiyası olacaq sıralanma turuna hazırlaşmaq idi, çünki burada ötmə etmək kifayət qədər çətindir. Şənbə gününü səbirsizliklə gözləyirəm ki, hansı nəticə əldə edə biləcəyimizi görək”.





