Red Bull Həcərin Bakıda heyətə qayıdacağına ümid edir

Red Bull Racing komandasının rəhbəri Loran Mekis əlindən aldığı zədə səbəbindən artıq üçüncü mərhələni buraxan Ayzek Həcərin Bakıda yenidən sükan arxasına qayıdacağına ümid etdiyini bildirib…

Loran Mekis: “Bu həftəsonu Ayzek yalnız özünü 100% yaxşı hiss etmədiyi üçün qayıtmayıb və bizim yeganə meyarımız da budur.

Biz həmişə demişik ki, o, yalnız 100% formada olan kimi sükan arxasına keçəcək. Özünü pis hiss etdiyi halda onu trasa buraxmağın və bununla da tam sağalmasını uzatmağın heç bir mənası yoxdur.

Bakıya qədər hələ bir qədər vaxtımız var. Bərpa prosesi ilə bağlı hər şey qaydasındadır, hər şey plana uyğun gedir. Bəzi zədələrin sağalması vaxt tələb edir və o, simulyatorda məşqlərə başlamazdan əvvəl Bakıdakı mərhələdən öncə vəziyyəti yenidən qiymətləndirəcəyik”.

,