Stroll 40 yer itirmə cəzası alıb

FİA Ləns Strolla İspaniya Qran Prisinin startında mövqe itkisi ilə verilən cəzanı rəsmən təsdiqləyiblər.

Kanadalı sürücünün bolidinə beşinci daxiliyanma mühərriki, beşinci turbin, altıncı enerji toplayıcısı və beşinci MGU-K quraşdırılıb və bununla da hər bir element üzrə mövsüm üçün icazə verilən limit aşılıb.

Formal cərimə start düzülüşündə 40 yer itirilməsini nəzərdə tutur, amma əslində Ləns bir yer də itirməyəcək, çünki onsuz da yarışa sonuncu yerdən başlamalı idi.

, ,