Lyuis Həmilton: “İkinci cəhd birincidən pis olmadı, bunu göstərdiyim təxminən eyni nəticəyə əsasən demək olar. Düşünürəm ki, dövrəni saniyənin onda birinin yarısı qədər daha sürətli keçmişəm – ya da təxminən o qədər.
Amma nədənsə son dövrədə son döngədə ön tərəfdə sürüşmə yarandı – ola bilsin, ön təkərlər lazımi səmərəliliklə işləmədi. Arxa təkərlər trasdan daha yaxşı yapışdığı üçün dövrə boyu ön tərəfdə sürüşmə özünü göstərdi.
Həftəsonuna başlamazdan əvvəl güman edirdik ki, təkərlərin deqradasiyası o qədər də intensiv olmayacaq, buna görə də onlar çox dövrə tab gətirəcək, amma dünən məlum oldu ki, deqradasiya kifayət qədər güclüdür. Ancaq yəqin ki, sabaha trasın vəziyyəti bir qədər də yaxşılaşacaq və ilişmə səviyyəsi artacaq. Bununla belə, sabahkı yarışdan nə gözləmək lazım gəldiyi barədə heç bir təsəvvürüm yoxdur”.





