M.Volker: Həmilton idman tarixinin ən yaxşısıdır

Əfsanəvi Formula1 şərhçisi Murrey Volker bildirib ki, Lyuis Həmilton idmanın böyük əfsanələri sayılan Şumaxer və Sennadan güclü sürücüdür.

F-1.az bildirir ki, Volker Formula1 tarixindəki bütün yarışları canlı izləyib.

Murrey Volker: “Fanxio çox zərər gördü. Eynilə Cim Klark və Ceki Stüart da… Amma aralarında ən güclü kimdir deyə bilmərəm. Əvvəllər Fanxio deyərdim, amma hazırda Lyuis Həmilton deməli olacağam.

Statisitikaya baxsaq, görərik ki, Lyuis poul sayında Şumaxeri çoxdan keçib. Əgər başına bir iş gəlməsə, Həmilton daha üç il yarışacaq və belə olan halda statistikasını daha da yaxşılaşdıra bilər. Ancaq, məncə o, Sennadan və Şumaxerdən daha güclüdür. Çünki onlar hər ikisi öz dövrlərində müəyyən taktikalara əl atırdılar. Məsələn, 2006-cı ildə Monakoda Şumaxer rəqibi Alonsodan poulu almaq üçün bolidini trasda saxlamışdı ya da 1997-ci ildə Xeresdə özünü Vilnövə çırpmışdı. Senna isə 1990-cı ilin Yaponiya yarışında Prostla mübahisəli insident yaşamışdı.

Lyuis isə heç vaxt belə etməyib. Həmişə təmiz sürüb. O, çox istedadlıdır və daha əvvəl onunkimi pilot görməmişəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*