16 Oktyabr 2019, Çərşənbə - 01:18

L.Həmilton Amerikada da populyardır…

L.Həmilton Amerikada da populyardır…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:11 - 19 Yanvar, 2016

Berni Ekklstoun Amerikada Formula1-in populyarlğını artırmaq üçün ölkədə bir neçə yarışın keçirilməsinin tərəfdarıdır. Düzdür, amerikalılar Formula1 sürücülərini NASCAR sürücüləri qədər elə də yaxşı tanımırlar, amma Lyuis Həmilton Los Ancelesdə kifayət qədər populyardır…

F-1.az üçqat dünya çempionunun İnstagram səhifəsində maraqlı videoçarx izləyib. Videoda yerli taksi sürücüsü ona deyir ki, “sən Formula1 sürücüsü Lyuis Həmiltona çox oxşayırsan”. Britaniyalı sürücü sualı təsdiq etmədən, onun Lyuisə münasibətini öyrənməyə çalışır.

“Lyuis ideal sürücüdür və yaxşı bilir ki, maşını necə idarə etmək lazımdır”, – deyə taksi sürücüsü cavab verib. Lyuis dəqiqləşdirmək istəyib ki, “onu ən yaxşı sürücü hesab etmək olarmı?” “O, ən yaxşıdır”, – taksi sürücüsünün cavabı belə olub və başa düşməyib ki, sərnişini kimdir.

Bu birinci dəfə deyil ki, Lyuisi küçədə tanımırlar. Keçən il Avstraliyanın Sidney şəhərində gənc ailə küçədə Lyuisi tanımayaraq, xahiş etmişdilər ki, fotoaparatla onların şəklini çəksin…

Hamilton

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 383
Teqlər , , ,
Paylaş

logo