İtaliya-2021: Sıralanma turu

Silverstounda olduğu kimi, burada da sıralanma turunun nəticələri bazar günü baş tutacaq yarışın start düzümünü təyin etmir - mövsümdə ikinci dəfə gələcəkdə mütəmadi tətbiqi planladırılan sprint yarışı formatı sınaqdan keçirilir.

F-1.az xatırladır ki, təsnifat mərhələsinə qədər baş tutan yeganə sərbəst yürüşlərdə Lyuis Həmilton xeyli fərqlə birinci olub. Sıralanma turunda yalnız Soft təkərlərdən istifadəyə icazə verilib.

İlk Sessiyada Həmilton protokkalara başçılıq edib, arxada isə nəticələr gözlənilməz olub. Başqa maşının arxasında hava kisəsinə girərək çox üstünlük əldə etmək mümkün olsa da, eyni zamanda, tıxacda qalmaq təhlükəsi yaranıb. 5-ci və 11-ci döngələrdə yoldan tam çıxmaya görə 6 sürücünün nəticəsi ləğv edilib. Lyuisin nəticəsi ən yaxşı olaraq qalıb – 1:20.542. Mazepin, Kubitsa, Şumaxer, Tsunoda və Latifi mübarizəni dayandırıblar.

İkinci Sessiyada Həmilton ilk cəhdində 80 saniyənin aşağısına düşüb – 1:19.936. Alonso tıxaca görə sürətli dövrəsini başa vura bilməyib. Sürücülər ikinci cəhdləri üçün bosklardan çıxarkən təhlükəli vəziyyət yaranıb. Aston Martin Fettelə hərəkət işarəsi verərkən diqqətsiz davranıb və Həmilton son anda toqquşmadan yayınıb. Alpine-da isə Okonun mexaniki təhlükəli zonada dayanıb. Hər iki hal sonradan araşdırılıb, Aston Martin və Alpine komandaları 5000 avro məbləğində cərimələniblər. Rassell, Okon, Alonso, Stroll və Fettel ilk onluğa düşə bilməyiblər.

Son sessiyada komanda yoldaşları ardıcıl trasa yollanıblar ki, biri digərinin hava boşluğundan istifadə edə bilsin. Covinatsi ilk cəhdini əldən verib, Həmilton ən sürətli olsa da, Ferstappen və Norris ona cüzi fərqlə uduzublar. İkinci cəhdlərdə Ferstappen daha pis nəticə göstərib. Həmilton öz nəticəsini yaxşılaşdırsa da, Valtteri Bottasın birinci olmasına mane ola bilməyib –  1:19.555.

Sabahkı sprint yarışına Mercedes sürücüləri ilk, Ferstappen və Norris ikinci, Rikkardo və Qasli isə üçüncü cərgədən başlayacaqlar.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 2 1:20.685 6 2 1:20.032 6 1:19.555 6
2 44 Lyuis Həmilton Mercedes AMG 1 1:20.543 6 1 1:19.936 6 1:19.651 6
3 33 Maks Ferstappen Red Bull 4 1:21.035 7 4 1:20.229 6 1:19.966 6
4 4 Lando Norris McLaren 3 1:20.916 9 3 1:20.059 6 1:19.989 6
5 3 Daniel Rikkardo McLaren 8 1:21.292 5 5 1:20.435 6 1:19.995 6
6 10 Pyer Qasli AlphaTauri 12 1:21.440 4 6 1:20.556 6 1:20.260 6
7 55 Karlos Sayns Ferrari 5 1:21.118 6 8 1:20.750 6 1:20.462 6
8 16 Şarl Lekler Ferrari 7 1:21.219 6 9 1:20.767 6 1:20.510 6
9 11 Serxio Peres Red Bull 9 1:21.308 8 10 1:20.882 6 1:20.611 6
10 99 Antonio Covinatsi Alfa Romeo 6 1:21.197 7 7 1:20.726 6 1:20.808 3
11 5 Sebastyan Fettel Aston Martin 10 1:21.394 8 11 1:20.913 6
12 18 Ləns Stroll Aston Martin 11 1:21.415 7 12 1:21.020 6
13 14 Fernando Alonso Alpine 13 1:21.487 6 13 1:21.069 5
14 31 Esteban Okon Alpine 14 1:21.500 6 14 1:21.103 6
15 63 Corc Rassell Williams 15 1:21.890 10 15 1:21.392 6
16 6 Nikolas Latifi Williams 16 1:21.925 10
17 22 Yuki Tsunoda AlphaTauri 17 1:21.973 9
18 47 Mik Şumaxer Haas 18 1:22.248 8
19 88 Robert Kubitsa Alfa Romeo 19 1:22.530 7
20 9 Nikita Mazepin Haas 20 1:22.716 9
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*