Kimi Antonelli: Xoşuma gəldi

Cümə günü Mercedes sürücüləri sərbəst yürüşlərin protokollarına başçılıq ediblər - Corc Rassell birinci sessiyada, Kimi Antonelli isə ikinci sessiyada hamını qabaqlayıb, ən yaxşı nəticə isə mövsümün liderində qalıb…

Kimi Antonelli: “Madriddə yeni trasda ilk gün güclü təəssürat oyadıb. Bu, əsl çağırışdır – çoxlu sürətli döngəlar var, tras divarlarla əhatə olunub – trayektoriyanı dəqiq seçmək və əyləclərlə məharətlə işləmək lazımdır. Burada təkərləri bloklamaq çox asandır, çünki bir çox yerdə eyni anda həm əyləcləmək, həm də döngəyə daxil olmaq lazım gəlir. Amma bu, maraqlıdır – xoşuma gəldi!

İlk gün yaxşı keçib, amma qarşıda hələ çox iş var. Bazar günü uzun məsafədə təkərlərin effektivliyini qorumaq asan olmayacaq, ötmələrin isə, böyük ehtimalla, çox az şahidi olacağıq. Sabah sıralanma turunda sürətli dövrədə maksimum nəticə əldə etməyə fokuslanacağıq, amma yarış üçün sazlamalar üzərində də işləyəcəyik”.