Alonso: Ümid etmək olardısa, maksimum bu idi

Aston Martin sürücüləri arasında yalnız Fernando Alonso sıralanma turunda iştirak edə bilib, onun komanda yoldaşının isə yenə bəxti gətirməyib - 18 nömrəli maşında texniki problem yaranıb, buna görə də Ləns Stroll bir dənə də sürətli dövrə vura bilməyib.

Fernando Alonso: “Tras mürəkkəbdir və yüksək sürətlərdə güclü adrenalin axını hiss edirsən. Düşünürəm ki, bugünkü sıralanma turunda ümid edə biləcəyimiz maksimum nəticəni göstərdik.

Görək yarışda nəyə nail ola biləcəyik, amma görünür ki, bu trasda ötmələrlə bağlı çətinliklər ola bilər, buna görə də hansısa mövqeləri qazanmaq üçün əlimizdən gələni etməliyik.

Amma azarkeşlər bu gün bizi böyük coşqu ilə dəstəklədilər, tribunadakı tamaşaçıların çoxunun Aston Martin futbolkaları və kepkaları ilə olması əla idi və biz publikanın bu enerjisini hiss edirdik”.