F.Alonso: “Fettelin Ferrari-dəki işi daha çətindir”

Fernando Alonso bildirib ki, Sebastyan Fettelin Ferrari-dəki vəziyyəti özünün italyanların heyətindəki vəziyyətindən pisdir.

F-1.az xatırladır ki, Alonso 2010-2014-cü illərdə Ferrari-də yarışmış və 2010-cu və 2012-ci illərdə çempionluğu son yarışda əldən vermişdi.

Sebastyan Fettel isə komandaya keçən il gəlmiş və italyanların heyətindəki ilk mövsümündə 3 qələbə qazanmışdı. Amma almaniyalı bu il qələbəyə həsrətdir və çempionatda 4-cü yerdədir.

Alonso Ferrari-dəki öz vəziyyətilə Fettelin vəziyyətini müqayisə edib və almaniyalının işinin daha çətin olduğunu deyib: “Düzünü desəm, bu cür problemlərim olmadı. Orada çempionluq üçün mübarizə aparırdım. 2010-cu ildə sonuncu yarışa qədər turnir cədvəlində birinci idim. 2012-ci ildə isə sona 10 yarış qalmış böyük fərqlə birinci idim. Yəni ki, Ferrari-nin vəziyyəti indi daha pisdir”.

Alonso ümid edir ki, yeni qaydalar McLaren-in xeyrinə olar: “Qaydalar dəyişir və bu qaydaları daha tez başa düşsək, Mercedes-ə çata bilərik. Böyük komandayıq və nələr edə biləcəyimizi bilirik. Komandanın çoxlu mənbələri və istedadı var. Daha yaxşı şassi yığacağımıza əminəm. Bundan başqa yeni güc qurğusunun daha güclü olacağını düşünürəm. Bu il keçən ilə nisbətən güclü idik və gələn il daha güclü ola bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*