K.Sayns: Ferrari-nin təməl problemləri var

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, SF-23-ün yarış tempində düzəldilməli problemlər var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Macarıstan yarışına 11-ci yerdən başlasa da, finişə 8-ci yerdə çatıb.

Karlos Sayns: “Soft təkərlə start almaq işə yaradı. Orada aqressiv davrandım və yaxşı işlədi. Startda hər şey cəsarətverici idi, amma Hard təkərlərlə daha uzun trasda qalanda zəif yönlərimiz üzə çıxdı.

Tərkibdən-tərkibə stabillik dəyişirdi. Bir təkərlə çox sürəndə və daha sərt təkərlərə keçəndə Mercedes, Rer Bull və McLaren-dən geridə qalırdıq.

Bi həftə güclü olmağı gözlədiyimiz trasda belə zəif performans göstərməyimiz qəribə idi. Rəqiblərimiz daha sürətli idilər. İndi başımızı önümüzə əyib, növbəti addımları harada atacağımızı görməliyik.

McLaren hazırda ikinci sürətli komanda kimi görünür. Avstriyada da biz elə görünürdük. Ancaq Silverstoun və Macarıstanda mövsümün əvvəlindəki yerimizə qayıtdıq. Onlar əla iş gördülər. Biz isə öz performansımıza köklənməliyik.

Yarış tempində bolidin təməlində problem var. Xüsusən də Hard təkərlə daha çox dövrə vuranda bu üzə çıxır. Son 10 dövrədə çətinlik çəkirik. Rassell yarışın sonlarında bizdən 1.5 saniyə sürətli idi. Bu da mübarizəni dəyərsizləşdirir. Onlar elə sürətli idilər ki, mübarizə apara bilmirdik. Bolidi mütləq təkmilləşdirməliyik.

Növbədə Belçikadır. Keçən il Spada sürətli idik. Buna görə müsbət yönlü düşünməliyik. İşimizi ən yaxşı formada görməliyik. Əgər yeddinci və səkkizinci yerləri tuta biliriksə, bu yerlər üçün mübarizə aparmalıyıq

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*