M.Ferstappen: Bundan artığı mümkün deyildi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes-dən geri qalmaları təəccüblü deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü Braziliyadakı sıralanma turunda əzəli rəqibi Həmiltonda 0.4 saniyə geri qalaraq, ikinci olub.

Maks Ferstappen: “Buna təəccüblənmədim, çünki cümə günü təzə motora keçdilər və daha sürətli olmaları gözlənilən idi. İkinci yerdən razıyam. Bu, yarışa başlamaq üçün idealdır. Bacardığımız qədər yaxın olmalıyıq. Bundan artığı mümkün deyildi.

Sprint yarışlarında az xal verilir. Buna görə də əsas odur ki, ilk dövrədə səhv etməyim. Bizim üçün əsas yarışdır. Görək bazar günü nə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*