A.Elbon: Biz hazırıq

Red Bull komandasının sürücüsü Aleksander Elbon bildirib ki, Avstraliya yarışı üçün yaxşı vəziyyətdədirlər.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” qış testlərində sürətli və etibarlı görünüblər.

Aleksander Elbon: “Testlərin son günündə hər şet qaydasında idi. RB16-da özümü yaxşı hiss edirəm. Bolidimiz doğrudan da güclüdür. Testlər başlayandan maşından razıyıq. Ancaq rəqiblərimizin hansı proqram üzrə işlədiklərini bilmirik. Belə görünür ki, Mercedes sürətli maşın düzəldib. Ferrari isə müəmmalıdır. Məncə, onlar da sürətlidir. Lakin öz işimizlə məşğuluq. RB16-nı fərqli sazlanmalarda sınadıq və razı qaldıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*