Red Bull çempionluğunu elan edəcək?

Red Bull komandası Sinqapur Qran Prisində Dünya Çempionluğunu elan edə bilər.

F-1.az xatırladır ki, Red Bull komandası bu il keçirilən 14 yarışın hamısında qalib gəlib və hər iki çempionatda da liderdir. Mövsüm belə davam etsə, Red Bull komandası xal rekordu qıracaq.

“Qırmızı öküzlər” artıq Mühəndislər Kubokuna çox yaxındırlar. Red Bull komandası indiyə kimi 583 xal topladığı halda, Mercedes 273 xaldadır. Yəni ki, arada 310 xallıq fərq var. Qalan yarışlarda isə ən yaxşı halda 353 xal toplamaq mümkündür.

Buna görə də Red Bull komandası Sinqapur yarışında qələbə dublu etsə və Mercedes komandasının sürücüləri xal qazana bilməsələr, avstriyalılar altıncı dəfə Mühəndislər Kubokunun qalibi olacaqlar. Lakin realist düşünsək, çempionluğun Suzukada təmin edilməsinin daha yüksək ehtimal olduğunu görərik. Bundan başqa Maks Sinqapurda qalib gəlsə, Dünya Çempionluğunu elan edə bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*