Sinqapur-2026: Mətbuat konfranslarının cədvəli

FİA Sinqapurdakı Qran Prinin rəsmi mətbuat konfranslarının iştirakçı heyətini açıqlayıb.

Cümə axşamı avtodromun mətbuat mərkəzinə iki üçlüyə bölünmüş altı sürücü baş çəkəcək. Birinci üçlükdə Franko Kolapinto (Alpine), Fernando Alonso (Aston Martin) və Esteban Okon (Haas) sualları cavablandıracaqlar. İkinci qrupda isə Qabriel Bortoleto (Audi), Lando Norris (McLaren) və Liam Louson (Racing Bulls) yer alıblar.

Cümə günü mətbuat konfransına komandaların rəhbərləri dəvət olunublar: Zak Braun (McLaren), Toto Volff (Mercedes) və Alan Permeyn (Racing Bulls).

Şənbə və bazar günləri isə sıralanma turunun və yarışın yekunlarına əsasən ən yaxşı üç sürücü sualları cavablandıracaq.

,