Sinqapur-2017: Üçüncü sərbəst yürüşlər

Sinqapurda şənbə sərbəst yürüşləri zamanı şərait nə sıralanma turunda, nə də yarışda olan şəraitə uyğun olmur - asfaltın temperaturu gün batandan sonra daha aşağı olur. Ona görə də sessiyanın proqramı elə də zəngin olmayıb.

F-1.az bildirir ki, komandalar cümə sərbəst yürüşlərindən sonra sazlanmalara düzəlişlər ediblər və sıralanma turuna hazırlaşmağa kökləniblər – demək olar ki, hamı ən yumşaq UltraSoft təkərlərlə işləyib.

Sessiyanın düz ortasında qırmızı bayraqlar dalğalanıb – Markus Eriksson 19-cu döngədə divarlara çırpıldıqdan sonra trasdakı qırıntıları təmizləmək lazım gəlib. Pauza 6 dəqiqə çəkib, sonra sürücülər işlərini davam etdiriblər.

Rikkardo 10-cu döngədə baryerlərə toxunub və yavaşca boksa qayıdıb, amma mexaniklərin təftişindən sonra işinə davam edib. Ferstappenin maşınında ötürmələr qutusunda problem yaranıb, Maks boksa qayıdıb, sistemi yenidən işə salıblar və Maks da trasa qayıdıb.

Protokola dünən olduğu kimi Red Bull sürücüsü başçılıq edib, amma dünən Rikkardo sürətli idisə, bu gün Maks rəqiblərini üstələyib. Düzdür, avstraliyanın tras rekordu bu gün təzələnməyib, amma sıralanma turunda sürətlər artacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:41.829 12
2 5 Sebastyan Fettel Ferrari 1:41.901 + 0:00.072 13
3 44 Lyuis Həmilton Mercedes AMG 1:41.971 + 0:00.142 16
4 14 Fernando Alonso McLaren 1:42.383 + 0:00.554 11
5 2 Stoffel Vandorn McLaren 1:42.439 + 0:00.610 13
6 3 Daniel Rikkardo Red Bull 1:42.517 + 0:00.688 11
7 27 Niko Hülkenberq Renault 1:42.549 + 0:00.720 10
8 77 Valtteri Bottas Mercedes AMG 1:42.592 + 0:00.763 16
9 7 Kimi Rəykkönen Ferrari 1:42.708 + 0:00.879 16
10 11 Serxio Peres Force İndia 1:43.010 + 0:01.181 14
11 31 Esteban Okom Force İndia 1:43.109 + 0:01.280 15
12 55 Karlos Sayns Toro Rosso 1:43.356 + 0:01.527 17
13 30 Colion Palmer Renault 1:43.368 + 0:01.539 11
14 26 Daniil Kvyat Toro Rosso 1:43.574 + 0:01.745 17
15 19 Felipe Massa Williams 1:43.724 + 0:01.895 17
16 20 Kevin Maqnussen Haas 1:44.041 + 0:02.212 16
17 18 Ləns Stroll Williams 1:44.223 + 0:02.394 18
18 8 Roman Qrojan Haas 1:44.295 + 0:02.466 16
19 94 Paskal Verlyayn Sauber 1:45.760 + 0:03.931 15
20 9 Markus Eriksson Sauber 1:46.339 + 0:04.510 7
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*