K.Horner: Ferstappen Peresə kömək edəcək

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Malks Ferstappen mövsümün sonuncu yarışı Əbu Dabidə Peresə kömək edəcək.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Peresi keçib. Lakin meksikalı sürücü Leklerlə ikincilik mübarizəsi verdiyi üçün Ferstappendən yerini istəyib. Komandası isə meksikalı sürücüyə söz verib ki, Maks son dövrədə yerini ona verəcək. Amma ikiqat Dünya Çempionu Alonsonu keçə bilmədiyi kimi centlmenlik razılığına da məhəl qoymayıb. Əvəzində radiodan komandasına “bir də məndən belə şey istəməyin” deyib. Peres isə radiodan Ferstappen üçün “əsl üzünü göstərdi” deyib. Bundan sonra Horner Peresdən üzr istəyib.

Kristian Horner: “Bu mövzuları aramızda müzakirə edirik. Sürücülər də açıq danışdılar. Hazırda Çeko və Şarl eyni xala sahibdirlər. Əbu Dabidə Peresin ikinci olması üçün komanda olaraq hər şey edəcəyik. Maks da ona dəstək verəcək. Sürücülər arasında artıq problem yoxdur. Danışdılar və razılığa gəldilər. Artıq tamamilə son yarışa fokuslanmışıq.

Daha əvvəl biz çempionatı ilk iki yerdə bitirməmişik. Buna görə də ÇEkonun ikinci olması üçün əlimizdən gələni edəcəyik. Maksla da bunu danışdıq. Çeko mövsüm ərzində əla yarışdı. İkinciliyə layiqdir. Ona dəstək verəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*