N.Hülkenberq Ferstappendən güclüdür?

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Niko Hülkenberqin performansı komanda yoldaşı Karlos Saynsla və Maks Ferstappenlə müqayisə oluna bilər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2015-ci və 2016-cı illərdə Ferstappen ilə komanda yoldaşı olmuş və xalda geridə qalsa da, gücünü göstərə bilmişdi.

Siril Abitebul: “Saynsın Nikodan bir az zəif olduğunu demək düzgün olar. Amma o Hülkenberqin nə qədər güclü olduğunu göstərir. Həmişə bir komandada sürücü dəyişiklikləri qəribə olur. Belə hallarda sürücüləri müqayisə edib peletonda kimin güclü olduğunu anlamaq olur. Karlosun sabiq komanda yoldaşı Ferstappenə nələr etdiyini düşünsək, Nikonun çox güclü sürücü olduğunu görərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*