D.Rikkardo ilə Ferstappenin arası pisləşib?

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Ferstappen ilə aralarında problem yarana bilər və bu normal haldır.

F-1.az xatırladır ki, Ferstappen keçən il Rusiya yarışından sonra Red Bull komandasına transfer olunmuş və Rikkardo ilə layiqli mübarizə apara bilmişdi. Mövsümün sonunda hollandiyalı sürücü Rikkardodan 52 xal geridə qalmışdı.

Daniel Rikkardo: “Aramızda təkər-təkərə mübarizə olsa, aramız gərginləşəcək. Bu da normaldır. Biz yarışçıyıq. Bu cür şeylər idmanın genində var. İndiyə kimi hər şey yaxşı gedib. Amma həmişə belə davam etməyə bilər. Əgər Lyuis məni mövsümün sonunda məğlub etsə, deyərəm ki, bunu ən güclü bolidlə etdi. Amma Maks məni məğlub etsə, yaxşı olmaz. Çünki o, mənim komanda yoldaşımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*