D.Rikkardo Mercedes-i çox gözləyib

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Mercedes-dən dəqiq cavab gəlmədiyi üçün "sarılar"ın transfer təklifinə müsbət cavab verib.

F-1.az xatırladır ki, Mercedes komandası uzun müddət düşündükdən sonra Valtteri Bottası saxlamaq qərarına gəlmişdi. Bundan sonra hamı düşünürdü ki, Rikkardo da Red Bull komandasında qalacaq. Lakin avstraliyalı sürücü gözlənilmədən Renault komandasına keçərək hamını təəccübləndirmişdi.

Daniel Rikkardo: “Bilirdim ki, danışıqlar vaxt aparacaq. Amma iyun və iyul aylarında bir neçə dəfə danışsaq da, son qərarı verə bilməmişdik. Bir söz desələr, işimi bilərdim. İstədiyim tək şey dəqiq bir cavab idi. Bu hal əyləncəli deyildi. Elə bil evin ətrafında gəzib içinə girə bilmirdim. Amma belə şeyləri öyrənməli idim. Çünki gələcəkdə bunlara yenidən ehtiyacım olacaq. Bəzi şeyləri daha fərqli edə bilərəm. Peşman deyiləm və bu, öyrənmə prosesi idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*