C.Palmer: “Xal qazana bilərəm”

Renault komandasının britaniyalı sürücüsü Colion Plamer bildirib ki, öz vətənindəki yarışda mövsümün ilk xallarını almaq istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü öz publikası önündəki sıralanma turunda yaxşı performans göstərərək, 11-ci yeri tutub.

Colion Palmer: “Boliddə özümü yaxşı hiss etdim. Daha yaxısını edə bilərdim və bunu bilmək çox sevindiricidir. Bizi çətin yarış gözləsə də, bir neçə pillə irəliləyə bilərik. Ümid edirəm ki, mövsümdə ilk xallarımı qazanaram. Güclü performans göstərə biləcəyimə əminəm.

Trasda ilk gündən etibarən gözəl abu-hava var. Mənə güclü dəstək verirlər. Bu, mənə əlavə motivasiya verir. Bu bolidlə Silverstounda dövrələr vurmaq həzz verir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*